AMİP QURULTAYA GEDİR Ali Məclis hə dedi

26.05.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 25-də AMİP Ali Məclisinin iclası keçirilib.

Bu barədə Mia.az-ın sualını cavablandıran partiya funksioneri, eyni zamanda, partiyanın fəxri lideri Etibar Məmmədovun köməkçisi Əli Orucov bildirib ki, gündəlikdəki əsas məsələ partiyanın növbəti qurultayı olub.

Onun sözlərinə görə, müzakirələrdən sonra Ali Məclis növbəti qurultayla bağlı qərar verib: "Bununla bağlı rayon təşkilatlarında hesabat seçki yığıncaqlarına start veriləcək".

Əli Orucov deyib ki, bu qərar yerlərdə aktivlik yaradacaq, partiyaya yeni üzvlərin cəlbinə, eyni zamanda, partiyanın rəhbər heyətində yeni tərkiblərin formalaşmasına səbəb olacaq: "Hesab edirəm, bu proses ümumi işimizə böyük töhfə verəcək".

Samir MUSAYEV

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью