Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gənc bəstəkar və müğənni Amir Paşayev yeni klipi üçün kamera önünə keçib.
OLAY yazır ki, “Bye-Bye” mahnısının çəkilişləri çərçivəsində sənətçi saçlarını mavi rəngə boyayıb.
Söz və musiqisi Amir Paşayevə məxsus olan “Bye-Bye” mahnısının klipi üçün seçilən bu görünüş sadə bir stil dəyişikliyi deyil — mavi rəng hisslərin bitməsini, daxili sükutu və emosional keçidi simvolizə edir. Bənzər vizual metafora “Eternal Sunshine of the Spotless Mind” filmində də istifadə olunub; burada Clementine-in saç rəngləri onun daxili dünyasındakı dəyişən fəsilləri əks etdirirdi.
Rejissorluğunu Əli Fərhadın üstləndiyi klip sentyabr ayında təqdim olunacaq.