Amit Quluzadə baş məşqçi təyin edildi

21.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qaradağ Lökbatan” baş məşqçisini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Amit Quluzadəyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə bir illik müqavilə imzalanıb.

Quluzadə məşqçi kimi 2024/25 mövsümündə də Lökbatan təmsilçisində çalışıb.

Keçmiş yarımmüdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail”, “Rəvan”, “Qəbələ”, “Drita”, “Milsami” kimi klublarda forma geyinib. O, Azərbaycan yığmasında 3 oyuna çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью