Amma orada keyfiyyət amili ön planda qalacaq” İqtisadçı

15.09.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Süni intellektlə hazırlanan işlərə uduzacaq və ya orada keyfiyyət olmayacaqsa, bu, tələbatı azaldacaq. Yeni, bu gün “süni intellekt hansı peşələri sıradan çıxara bilər?” sualına cavab olaraq deyə bilərəm ki, bəli, həmin peşələr üzrə saylar azala bilər. Amma orada keyfiyyət amili ön planda qalacaq”. 

Bunu iqtisadçı ekspert Elman Sadıqov 525.az-a bildirib. Ekspert qeyd edib ki, yenə də insanın insana, insan əməyinə, insan ruhuna ehtiyacı yaranacaq: 

“Məsələn, tutaq ki, 100 klip çəkilirdisə, artıq 10 klip çəkiləcək. Bəzi sahələrdə çox ciddi azalma olacaq. Məsələn, kodlaşdırma, təqdimatların hazırlanması və digər bu kimi sahələrdə süni intellektdən daha çox istifadə olunacaq. Burada ən önəmli məsələ odur ki, hansısa peşəni sıfırlamaq məsələsi yoxdur. Ona görə ki, bir insan həmin sahəni bilməlidir ki, süni intellektdən istifadə edə bilsin. Məsələn, klip çəkə bilməyən, bu sahə haqqında anlayışı olmayan insan süni intellektdən kömək istəsə də, ortaya peşəkar iş çıxmayacaq. Yəni yalnız peşəkar insan süni intellektlə düzgün işləyə biləcək. Bir maliyyəçini götürək. Maliyyə hesabatlarının təhlili sahəsində süni intellekt hər zaman daha yaxşı nəticə vermir. Bəzi vacib məsələləri süni intellekt axırıncı plana ata bilir. Hazırda təhlil, xüsusilə də analitik təhlil məsələsində süni intellekt o dərəcədə peşəkar cavablar vermir. Gələcəkdə də bunun tamamilə belə olmayacağına zəmanət yoxdur. Düzdür, süni intellekt öyrənəcək, inkişaf edəcək, lakin insan qədər peşəkar ola bilməyəcək. Daha sürətli həll edəcək. Məsələn, bir insan bir saata maliyyə məsələsini həll edirsə, süni intellekt bunu 10 saniyəyə yazıb verə bilər. Lakin həmin vaxt ərzində hazırladığı təhlilin risklərini və yanlışlıqlarını analiz etdikdə, bu proses bir saatdan da çox çəkə bilər".

Sevinc Qarayeva 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью