Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında qonşu ölkənin sosial mediasında 20 sentyabr 2023-cü il hadisələri ilə bağlı yayılan paylaşımlara münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, Rəşad Məcid paylaşımında qarşı tərəfin tarixdən nəticə çıxarmadığını qeyd edib.
O, 2023-cü il sentyabrın 20-də evlərini itirdiklərini bildirən şəxslərin üç illik dövrü “dözülməz” kimi təqdim etməsini tənqid edib. R.Məcid Azərbaycanın 30 il ərzində yaşadığı müharibə və işğal nəticəsində yüz minlərlə insanın evindən didərgin düşdüyünü, şəhər və kəndlərin dağıdıldığını xatırladıb. pizza sifarişi
“Biz qürurlu millətik: dərdimizi bəyan etsək də, heç vaxt belə ağlaşmalarla kiminsə bizə yazığı gəlməsini istəməmişik. Dünyadan haqq-ədalət gözləsək də, bunu mərd-mərdanə ifadə etmişik, zarıyaraq mərhəmət dilənməmişik”, - deyə Mətbuat Şurasının sədri vurğulayıb.
R.Məcid qarşı tərəfin özünü dünyaya yazıq göstərməklə keçmişdə törədilən əməlləri pərdələməyə çalışdığını iddia edib.
O, sosial şəbəkələrdəki bu paylaşımların revanşizmə zəmin yaratdığını düşünür və kampaniyanın təşkilatlanmış xarakter daşıdığını qeyd edib.
“Bir tərəfdən sülhdən danışan qonşularımızın bu yandan da yersiz fəryad qoparıb kin və nifrət kampaniyası aparmasına başqa nə məna vermək olar?!” - R.Məcid yazıb.
Sonda Mətbuat Şurasının sədri revanşizmin qarşı tərəf üçün yenidən fəlakətlə nəticələnə biləcəyini qeyd edərək “Dəmir yumruq” ifadəsinə də toxunub.
“Yoxsa indiyədək aldıqları zərbələrin ən təsirlisi olan “Dəmir yumruq”dan sonra gözləri mütləq açılmalıydı. Əslində, bir müddət belə də oldu. Amma... yenə ağlaşırlar!” - deyə o əlavə edib.