Amnesty International ABŞ ı qınayıb

05.02.2025

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

Beynəlxalq Amnistiya Təşkilatı ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Binyamin Netanyahunu qəbul etməsini pisləyib.

Təşkilatın bəyanatında qeyd olunur ki, baş nazir Netanyahu hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilib.

Bir gün əvvəl fevralın 5-də Tramp fələstinlilər oradan qonşu ölkələrə köçürüldükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb.

Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılmasına cavabdeh olacağını vəd edib.

Aytac 


www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью