Amorim 4 cü liqa komandasına biabırçı məğlubiyyəti şərh etdi Ən yaxşı komanda qalib gəldi

28.08.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim 4-cü liqa təmsilçisi "Qrimsbi"yə uduzaraq Liqa Kubokunda mübarizəni dayandırdıqları oyunla bağlı danışıb.

Fanat.Az xəbər verir ki, ESPN 40 yaşlı portuqaliyalının fikirlərini belə təqdim edib: 

Oyundan sonra Amorim komandasının çıxışından səmimi danışıb.

"Azarkeşlərimizdən üzr istəyirəm. Məncə, nəyisə dəyişmək lazımdır. İndi biz həftəsonuna diqqət yetirməliyik və sonra düşünməyə vaxtımız olacaq. Düşünürəm ki, bu gün futbol həqiqətən ədalətli idi. Ən yaxşı komanda qalib gəldi.

Bir yayda hər şeyi dəyişə bilməzsən. Amma oyunlarda qalib gəlməlisən. Belə oynaya bilməzsən. Dördüncü divizion komandasına qarşı oyunda tək qapıçı deyil, hər oyunçu, hər detal önəmlidir. Bu, atmosferdir, rəqabətə münasibətimizdir". 

Xatırladaq ki, mankunianlılar Liqa Kubokunun 1/32 final mərhələsində "Qrimsbi" ilə bacarmayıb (2:2, penaltilər seriyası - 11:12). 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью