Amorim 5 futbolçusuna qadağa qoydu

08.07.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandadan ayrılmaq istəyən futbolçularla işləmək niyyətində deyil.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı 5 futbolçuya məşq bazasına gəlməməklə bağlı xəbərdarlıq edib. Baş məşqçi onların artıq komandanın planlarına daxil olmadığını açıq şəkildə göstərib.

Ceydon Sanço, Markus Reşford, Alexandro Qarnaço, Antoni və Tayrell Malasiya yay transfer dönəmində klubdan ayrılmaq istədiklərini rəhbərliyə bildiriblər.

Son mövsümdə Sanço, Reşford, Antoni və Malasiya müvafiq olaraq “Çelsi”, “Aston Villa”, “Betis” və PSV-də icarə əsasında çıxış ediblər. Yalnız Qarnaço “Mançester Yunayted”in heyətində qalıb.

Ronaldonun muzeyi açılıb Sabiq "Neftçi"linin yeni klubu bəlli olub Ostervolde qərarını verdi - "Fənər"lə müqavilə yenilədi Messi turun ən yaxşısı seçilib Yaponiya millisinin üzvü "Tottenhem"də - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью