Amorim bu iki futbolçunu Milan a gətirir

19.06.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Milan"ın yeni baş məşqçisi Ruben Amorimin İtaliya nəhənginin sıralarına cəlb etmək istədiyi iki futbolçunun kimliyi bəllidir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.

Məlumata görə, bunlar Lissabon "Sportinq"inin oyunçularıdır. Mənbə yarımmüdafiəçi Morten Yulmann və universal hücumçu Fransişku Trinkaunun hazırda "qırmızı-qaralar"ın əsas transfer hədəfləri olduqlarını vurğulayıb.

Geridə qalan mövsümdə Yulmann bütün turnirlərdə 45 matça çıxaraq 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Paytaxt təmsilçisinin sıralarında 54 rəsmi görüşdə iş başında olan Trinkau isə 13 qol və 18 assistlə diqqət çəkib.

Nihat
 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью