Amorim çarəsiz qaldı daha bir müdafiəçi zədələndi

12.05.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Yunayted”in müdafiəçisi Leni Yoro sıradan çıxıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu ötən gün Premyer Liqanın XXXVI turu çərçivəsində “Vest Hem”lə görüşdə (0:2) sıradan çıxıb.

Oyunçunun “Tottenhem”lə Avropa Liqasının final matçını buraxması gözlənilir.

Xatırladaq ki, komandanın daha 2 müdafiəçisi - Lisandro Martinez və Matteys de Liqt zədədən əziyyət çəkir.

Qeyd edək ki, 19 yaşlı Yoro bu mövsüm “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol, 1 assistlə yadda qalıb.

“Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb Dembele mükafatlandırılıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью