Amorim əsəbdən televizoru sındırdı

21.01.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim soyunub-geyinmə otağında televizoru sındırıb. 

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. 

Bu, Mançester klubunun İngiltərə Premyer Liqasının 22-ci turunda "Brayton"a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra olub. Buna səbəb portuqaliyalı mütəxəssisin komandasının çıxışına görə əsəbi olması olub. 

Bildirilir ki, Amorimin bu hərəkəti klubda bir çoxunu təəccübləndirib, çünki o, heç vaxt oyundan dərhal sonra reaksiya bildirməyib və həmişə meydanda olanları növbəti gün təhlil edib. 

Qeyd edək ki, "Mançester Yunayted" son 10 matça 3 dəfə qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 5 məğlubiyyətlə üzləşib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью