Amorim gəldi, Nistelroy istefaya göndərildi

11.11.2024

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Mançester Yunayted” Rud van Nistelroyun və  əsas komandanın məşqçilər korpusunun digər üç üzvü ilə birlikdə klubu tərk etdiyini açıqladı.

Futbolpress.az xəbər verir ki, Ruben Amorim gələndə nəinki keçmiş forvard müvəqqəti məşqçilik fəaliyyətini dayandırdı, həm də rəhbərlik bu bazar ertəsi onun klubu tərk etdiyini bildirdi. Beləliklə, hollandiyalı sabiq futbolçu gözlənildiyi kimi Amorimin köməkçi məşqçilər korpusunda yer almadı.

Qeyd edək ki, Erik ten Haqın gedişindən sonra “qırmızı şeytanlar”, Nistelroyun rəhbərliyi altında çıxdığı 4 matçda 3 qələbə qazanıb və 1 heç-heçəyə razı olub.

Qeyd edək ki, Erik ten Haqın gedişindən sonra “qırmızı şeytanlar”, Nistelroyun rəhbərliyi altında çıxdığı 4 matçda 3 qələbə qazanıb və 1 heç-heçəyə razı olub.

Böyük beşlik, Əsas xəbərlər “Mançester Yunayted” üçün Alleqri iddiası

2 Oktyabr 2024, 9:00

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью