Amorim: “Harriyə ehtiyacımız var”

03.01.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Mançester Yunayted” müdafiəçisi Harri Maquayr ilə müqavilənin bir illik uzadılması variantını (2026-cı ilin iyununa qədər) həyata keçirəcək.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim bu mövzuda çıxış edib:

“Müqaviləni uzatmaq variantından istifadə edirik, Harriyə həqiqətən ehtiyacımız var. Biz onun lider olacağına inanırıq, bu da meydanda çatışmır. Lakin o, liderlik bacarıqlarını təkmilləşdirməlidir.

Xatırladaq ki, Maquayr 2019-cu ilin avqustunda “Lester”dən “Mançester Yunayted”ə keçmişdi. O, mançesterlilərin heyətində 222 oyun keçirib. Bu mövsüm 31 yaşlı mərkəz müdafiəçisi bütün yarışlarda 16 oyun keçirib, bir qol vurub və 4 sarı vərəqə alıb. “Transfermarkt” portalı ingilis futbolçunu 15 milyon avro dəyərində qiymətləndirir.

Böyük beşlik, Əsas xəbərlər MY kapitanıyla müqaviləni yeniləmək istəyir

2 Yanvar 2025, 20:48

Böyük beşlik, Əsas xəbərlər Reşford susqunluğunu pozdu

2 Yanvar 2025, 14:52

Böyük beşlik, Əsas xəbərlər Amorim bu mövqeyə yeni transfer istədi

2 Yanvar 2025, 10:21

Böyük beşlik, Əsas xəbərlər Reşford klubdan tez ayrılmaq üçün yeni agentliklə anlaşdı

1 Yanvar 2025, 19:33

Böyük beşlik, Əsas xəbərlər “İngiltərədə ən pis futbol oynayan komanda “Mançester Yunayted”dir”

1 Yanvar 2025, 17:29

Böyük beşlik, Əsas xəbərlər “Mançester Yunayted” onunla danışıqlara başladı

30 Dekabr 2024, 17:13

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью