Amorim: Mançester Yunayted uğur qazanacaq

05.01.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim bu gün "Liverpul"a qarşı keçirəcəkləri matç haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis görüş haqqında fikirlərini bölüşərkən komandanın uğursuz nəticələrinə də toxunub:

"Futbolçuların üzərində böyük təzyiq var. Yaxşı oynamayanda vəziyyət bizim üçün daha da çətinləşir. Futbolçular meydanda əsəbi olurlar, bəzən qorxurlar. Bununla məşğul olmalıyıq.

Kluba kömək etmək üçün hər şeyimi verirəm. Biz uğur qazanacağıq. Bilirəm ki, indi başa düşmək çətindir, lakin biz buna nail olacağıq”.

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью