Amorim Maquayrla bağlı qərarını verdi

19.12.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr İngiltərə nəhəngini tərk etməyəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, Ruben Amorim hesab edir ki, 31 yaşlı mərkəz müdafiəçisi "üçlü müdafiə"də oynamaq üçün idealdır. Bu üzdən portuqaliyalı mütəxəssis onun komandada qalmasında maraqlıdır.

“Mançester Yunayted” Maquayrla müqaviləni daha bir mövsüm uzada bilər. Hazırda tərəflər arasında danışıqlar davam edir. İngiltərə millisinin müdafiəçisi bu mövsüm "Mançester Yunayted"də 9 oyun keçirib və dörd sarı vərəqə ilə yadda qalıb. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью