Amorim Maynoya niyə az şans verdiyini açıqladı

30.11.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Amorim Maynoya niyə az şans verdiyini açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim gənc yarımmüdafiəçi Kobi Maynoya cari mövsümdə az şans verməsinin səbəbini açıqlayıb.

QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın maraqlarını fərdi hədəflərdən üstün tutduğunu bildirib. O, DÇ-2026-da iştirak etmək istəyən futbolçuların çox olduğunu, lakin əsas məqsədinin oyunlarda qələbə qazanmaq olduğunu vurğulayıb:

“Bu, komanda oyunudur. Mən konkret bir futbolçuya yox, bütün komandaya köklənmişəm. Maynonu start heyəti oyunçusu kimi görürəm, lakin qələbə qazanmaq üçün seçim etmək məcburiyyətindəyəm. Kimin oynaması vacib deyil, əsas nəticədir”.

Qeyd edək ki, son olaraq “Everton”la matçda (0:1) 30 dəqiqə meydanda olan Maynonun oyun təcrübəsinin azlığı səbəbindən İngiltərə millisi ilə DÇ-2026-ya yollanmaq şansının azaldığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью