futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Milan”ın baş məşqçisi Ruben Amorim UEFA Avropa Liqasında “Benfika”ya məğlubiyyətdən (0:2) sonra komandadakı vəziyyəti dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hazırkı heyətin onun taktik oyun modelinə tam cavab vermədiyini etiraf edib.
39 yaşlı çalışdırıcı İtaliya təmsilçisindəki təzyiqin əvvəlki klubu “Mançester Yunayted”dəki ilə eyni səviyyədə olduğunu bildirib:
“Həm “Mançester Yunayted”, həm də “Milan” kimi nəticə tələb olunan böyük klublarda azarkeşlərin bir neçə ay ərzində hər şeyin dəyişəcəyini gözlədiklərini bilirəm və burada da eyni təzyiqi hiss edirəm. Bu komanda bir qədər fərqlidir. 3 müdafiəçi ilə oynamağa daha çox öyrəşib, daha sürətli və daha güclüdür. Təbii ki, hazırda sistemimə ideal uyğun gələn tam keyfiyyətlərə malik deyiləm”.
Mütəxəssis azarkeşləri səbirli olmağa çağırıb və problemləri həll edəcəyinə inandığını vurğulayıb:
“Kifayət qədər vaxtımın olub-olmayacağını bilmirəm, lakin futbolçularımın məşqlərdə dediklərimi necə diqqətlə dinlədiklərini görürəm. Bu, problemləri aradan qaldıracağımıza ümid verir”.
“Benfika” ilə matç Ruben Amorimin “Milan”ın “sükanı arxası”nda ilk məğlubiyyəti olub. O, bundan əvvəl A Seriyasında keçirdiyi 4 qarşılaşmada 2 qələbə və 2 heç-heçə ilə yadda qalmışdı.