Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14.09.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İtaliyanın “Milan” futbol komandasının baş məşqçisi Ruben Amorim Luka Modriçin oyun üslubunun komandanın taktikasına təsir etdiyini bildirib.

İdman.Biz “Voetbal International”a istinadən xəbər verir ki, 41 yaşlı xorvatiyalı “Latsio” ilə görüşdə artıq fasilədə əvəzlənib. Amorim bunu yarımmüdafiədə daha çox sürətə ehtiyac yaranması ilə izah edib.

Portuqaliyalı mütəxəssisin sözlərinə görə, Modriç topla oynayarkən hələ də dünya səviyyəsindədir, lakin qarşılaşma yüksək tempdə və meydanın bir başından digərinə sürətli keçidlərlə davam etdikdə onun işi çətinləşir. Amorim hesab edir ki, Modriçin imkanlarından maksimum yararlanmaq üçün “Milan” oyuna nəzarət etməli və topa daha çox sahib olmalıdır.

Baş məşqçi Modriçin pressinqdə müəyyən çatışmazlıq yaratdığını, əvəzində topa nəzarət və oyunun tempini müəyyənləşdirmək baxımından komandaya böyük üstünlük verdiyini vurğulayıb. Onun fikrincə, məhz buna görə məşqçi heyəti hər oyunun xarakterinə uyğun seçim etməlidir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью