Amorim nədən qorxur?

26.11.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın hazırkı durumu haqda danışıb.
"Football-plus.az" xəbər verir ki, o, premyer-liqanın 12-ci turunda “Everton”a uduzduqları oyundan (0:1) sonra fikirlərini bildirib. Portuqaliyalı mütəxəssis deyib: “Qorxuram. Ötən mövsümün əhval-ruhiyyəsinə qayıtmaqdan qorxuram. Məni ən çox narahat edən budu. Biz birlikdə işləməliyik. Oyunçular çalışırlar, lakin biz daha yaxşı olmalıyıq”.
Amorim MY-di 2024-cü ildən çalışdırır. Komanda hazırda turnir cədvəlində 12 oyuna 18 xalla 10-cu yeri tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью