Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mançester Yunayted" uğursuz mövsüm keçirib.
Apasport.az xəbər verir ki, Premyer Liqada komanda son tur öncəsi cədvəldə cəmi 16-cı yerdədir.
“Qırmızı şeytanlar” Avropa Liqasının finalında “Tottenhem”ə uduzdu (0:1).
Bilbaoda keçirilən finaldan sonra Ruben Amorim "Mançester Yunayted"dən ayrılacağı ilə bağlı açıqlama verib.
Portuqaliyalının sözlərinə görə, klub belə bir qərar verərsə, o, komandasını tərk etməyə hazırdır:
"Əgər idarə heyəti və azarkeşlər bu işə uyğun adam olduğumu düşünmürlərsə, o zaman tərəddüd etmədən klubu tərk edəcəm. Mən həmişə sizə qarşı çox dürüst olmuşam".
Qeyd edək ki, mayın 25-də “Mançester Yunayted” “Aston Villa” ilə qarşılaşacaq.
“Yunayted” İsveç millisinin forvardını istəyir “Fənər” hücumçusu ilə bağlı qərarını verdi “Real” Avropa çempionu ilə maraqlanır Əvəzedicilər Liqası: XXXVI turun oyun cədvəli Mertens İtaliyaya qayıtmaq istəyir