Icma.az, Qol.az saytına istinadən bildirir.
"Milan"ın futbolçuları Mayk Menyan və Adrien Rabyo komandanın hazırlıq düşərgəsinə qayıdıblar.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, hər iki futbolçu mövsüm öncəsi hazırlıq çərçivəsində əlavə istirahət müddəti keçirib. "Milan"ın baş məşqçisi Ruben Amorim bunun futbolçuların əvvəlki mövsümdə keçirdiyi oyunların çoxluğu ilə bağlı olduğunu bildirib:
"Rabyo və Menyan daha çox oynadıqları üçün əlavə istirahət etdilər. Bu, onların yox, mənim qərarım idi. Onlara üç gün əlavə istirahət verdim. Rabyo bizim üçün çox vacib futbolçudur. Amma mövsüm çox ağır olacaq. İstirahətə ehtiyacı olan futbolçulara dincəlmək imkanı verməliyik".
Menyanın isə mövsümün ilk oyununda meydana çıxacağı gözlənilir. Amorim fransalı qapıçının hazırlığı ilə bağlı deyib:
"Bu, fərqli mövqedir. O, bütün müddət ərzində məşq edib. Son mövsümlərdə "Milan"da keçirdiyi oyunların sayına baxsanız, demək olar ki, hər matçda oynayıb. İlk oyun üçün hazır olacaq".