Amorim onu komandada saxladı

21.07.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç karyerasını İtaliya klubunda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, xorvatiyalı futbolçu İtaliya təmsilçisi ilə yeni müqavilə imzalayacaq. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, 40 yaşlı yarımmüdafiəçinin “Milan”ın yeni baş məşqçisi Ruben Amorimlə söhbətindən sonra tərəflər yeni müqavilə barədə şifahi razılığa gəliblər.

Modriçin “qırmızı-qaralar” ilə müqaviləsinin müddəti bu yay başa çatmışdı. O, ötən mövsüm keçirdiyi 37 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью