Amorim onu komandada saxlamaq istəyir

09.05.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Mançester Yunayted” adı Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”la hallanan yarımmüdafiəçisi Bruno Fernandesi buraxmaq istəmir.

Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruben Amorim açıqlama verib. İngiltərə mətbuatına danışan mütəxəssis Brunonun transferinə icazə verməyəcəklərini bildirib:

“Fernandes bizim kapitanımızdır və onun qalması üçün hər şeyi edəcəyik”.

30 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm 52 oyunda 19 qol vurub, 18 məhsuldar ötürmə edib.

"Atletiko" müdafiəçisini sata bilər ÇL: Həftənin rəmzi komandası müəyyənləşib Bundesliqadan Premyer Liqaya İngiltərəli futbolçu “Liverpul”dan ayrıla bilər Dünya çempionu “Aston Villa”dan ayrılmaq istəyir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью