Amorim orta xətti gücləndirir

23.10.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

İngiltərə nəhəngi “Mançester Yunayted” qış transfer pəncərəsi üçün yeni hədəfini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı fransız yarımmüdafiəçi Manu Koneni qışda heyətə qatmağı planlaşdırır. 

Baş məşqçi Ruben Amorim orta xəttdə dinamikanın artırılması üçün Kone kimi çevik və pressinqə dayanıqlı oyunçuya ehtiyac duyur.

“Roma” rəhbərliyi futbolçunu satmağa açıq olsa da, klubun Kone üçün təxminən 40 milyon avro qiymət qoyduğu bildirilir. “Mançester Yunayted” tərəfi isə bu məbləği aşağı salmaq üçün danışıqları davam etdirir.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью