Amorim: Postekoqludan daha böyük klubda işləyirəm

14.02.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 25-ci turunda "Tottenhem"lə matçdan öncə açıqlama verib. 

QOL.az xəbər verir ki, o, oyundan öncə keçirilən mətbuat konfransında komandasının London təmsilçisi ilə müqayisə olunmasından danışıb: 

"Mən Ange Postekoqlunun işinin böyük pərəstişkarıyam. Bilirəm, bizim komandalarımız ortaq cəhəti nədir - biz matçlarda qalib gəlmirik. Amma hörmətlə yanaşaraq deyirəm ki, mən daha böyük klubda işləyirəm. Burada mənə daha çox təzyiq olunur". 

Qeyd edək ki, "Tottenhem" - "Mançester Yunayted" matçı fevralın 16-sı, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью