Amorim Ratkilfə cavab verdi

12.03.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mançester Yunayted”in sahibi Cim Ratkliff bəzi futbolçuların klubun standartlarına uyğun gəlmədiyini və onlara artıq maaş verildiyini bildirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim mövzu ilə bağlı açıqlama verib:

“Hazırda hər kəs zəif çıxış edir. Həm mən, həm də oyunçular. Mən özümü qeyri-qənaətbəxş oyunun bir hissəsi kimi görürəm. Kazemiro kimi oyunçular hər şeyi qazanıblar. Biz bilirik ki, onlar daha yaxşı oynaya bilərlər. Ratkliff öz fikrində dürüst idi. Məqsədimiz nəticələrlə fikrini dəyişməkdir. Məşqdə hiss edirəm ki, futbolçuların həqiqətən nə istəyirlər”.

Martın 13-də Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Mançester Yunayted” evdə “Real Sosyedad”ı qəbul edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью