Amorim üçün xəbərdarlıq: “Yeni ilə qədər komandadan qovulacaq”

20.06.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Əgər “Mançester Yunayted” bu gedişlə davam etsə, Ruben Amorim yeni ilə qədər komandadan qovulacaq” 
Apasport.az xəbər verir ki, bu açıqlamanı “qırmızı şeytanlar”ın sabiq köməkçi məşqçisi Rene Meulenstin verib.

Son 51 ilin ən pis mövsümünü keçirən Premyer Liqa təmsilçisinin uğursuz nəticələri haqda danışan hollandiyalı mütəxəssis, həmçinin bunları qeyd edib:

“Əgər bu ilin sonuna qədər işləri düzəltməsə, o artıq komanda üçün düzgün seçim olmadığını özü də  başa düşəcək. Buna görə də Amorimin yeni mövsümə uğurlu start götürməkdən başqa çarəsi yoxdur.”
Qeyd edək ki, komandaya 2024-cü ilin noyabrında qoşulan Ruben Amorim, ingilis klubu ilə keçirdiyi 42 matçda cəmi 17 qələbə qazanıb. Eyni sayda matçda məğlubiyyət yaşayan portuqal mütəxəssis, 8 oyunda isə heç-heçəyə razılaşıb.

Arda Turan “Şaxtyor”da iş başında: Komanda ilə görüşdü Müəllim Alleqri, tələbələr isə Fabreqas və Hamşik Qalatasarayın 25-ci çempionluğu üçün xatirə pulu buraxılır - FOTO Vlahoviç Türkiyə nəhənglərinə “yox” dedi Amorimdən sərt qərar: 4 futbolçu heyətə daxil edilmədi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью