Amorim vaxt istədi | Icma.az
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Premyer Liqanın XII turunda "İpsviç"ə qarşı keçirdikləri oyunu şərh edib.
Sport24.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib: "Azarkeşlərin məyus olduğunu bilirəm.
Dəyişiklik dövründəyik və qarşıda oyunlarımız çoxdur. Tam uyğunlaşana qədər çətinlik çəkəcəyik.
Qələbələr istəyirik, lakin bunun üçün də vaxt lazımdır. Qalib ruhunu komandaya aşılamalıyıq.
Qapıçımız Andre Onana bu matçda kifayət qədər seyv etdi, o olmasaydı, bəlkə məğlub olardıq.
Hər şeyi başa düşməli və işlərimizi sürətləndirməliyik. Futbolçular üçün də yeni baş məşqçi və sistem var. Onlara vaxt vermək lazımdır.
Sonrasında daha güclü olacağıq". Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu