Amorimdən sonra görün hansı vəziyyətə düşdülər

24.12.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Joao Pereyra "Sportinq"in baş məşqçi postunu tərk edəcək.

Publika.az "A Bola"ya istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis dekabrın 29-da "Benfika" ilə keçiriləcək n növbəti matçda komandanın “sükanı arxası”nda olmayacaq.

Pereyra Ruben Amorimin "Mançester Yunayted"ə keçidindən sonra noyabrda "Sportinq"ə dəvət edilib. O vaxta qədər ölkə çempionatında ardıcıl 11 qələbə qazanan “Sportinq” daha sonra iki məğlubiyyət alıb, eyni zamanda heç-heçə oynayaraq liderliyi “Benfika”ya təhvil verib.

"Sportinq"ə "Vitoriya Gimarayş"ın baş məşqçisi Rui Borxes rəhbərlik edəcək. Onun komandası 15 turdan sonra 6-cı yerdədir.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью