Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim PremyerLiqada “Everton”a uduzduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Onlar həm tam heyətlə, həm də on nəfərlə yaxşı oynadılar. Hücumda kifayət qədər intensiv deyildik. Rəqib qələbəyə layiq oynadı. Onların qırmızı vərəqə alması bizə üstünlük qazandırmalı olsa da, bundan yararlana bilmədik.
Nəticə bir kənara, məni əsas narahat edən oyunumuzdakı çatışmazlıqlar idi. Bu matçda çox futbolçu kifayət qədər yaxşı oynamadı”.