Amorimin yerinə daha bir namizəd

20.10.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Ruben Amorimin tezliklə işini itirə biləcəyi haqda xəbərlər səngimir. Onun yerinə daha bir namizədin adı hallanır.

"Football-plus.az" xəbər verir ki, Roberto Mançini “Mançester Yunayted”i çalışdıra bilər. “The Sun” qəzetinin məlumatına görə, 60 yaşlı italiyalı mütəxəssis Amorim klubdan ayrılacağı halda, baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri olacaq.
Qeyd edək ki, Mançini ilə klubun həmsahiblərindən biri olan Cim Retkliff hazırda Fransanın cənubunda yaşayır və son vaxtlar tez-tez müxtəlif tədbirlərdə bir araya gəlirlər.
Təcrübəli mütəxəssis əvvəllər İngiltərədə də çalışıb. O, 2009-13-cü illərdə “Mançester Siti”yə rəhbərlik edib və 2012-ci ildə komandanı premier-liqada çempionluğa daşıyıb. Mançininin sonuncu iş yeri Səudiyyə Ərəbistanı yığmsı olub. O, bu komandadan 2023-cü ilin oktyabrında ayrılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью