Amrabata Səudiyyə Ərəbistanından təklif Qəbul edilmədi

24.07.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Əl-İttihad” “Fənərbaxça”nın yarımmüdafiəçisi Sofyan Amrabatın transferi üçün hərəkətə keçib.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu bonuslarla birlikdə 15 milyon avroya yaxın təklifini İstanbul təmsilçisinə şifahi şəkildə çatdırıb.

“Fənərbaxça” rəhbərliyi isə mərakeşli futbolçunun transferi üçün 20 milyon avro tələb edir.

Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Qeyd edək ki, Sofyan Amrabat 2024-cü ilin yayında "Fiorentina"dan icarə əsasında "Fənərbaxça"ya keçib. İstanbul klubu daha sonra satınalma şərtindən istifadə edərək mərakeşli yarımmüdafiəçinin transfer hüquqlarını birdəfəlik əldə edib. O ötən mövsümü isə icarə əasında "Real Betis"də keçirib.

Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO Avropa Liqası: "Beşiktaş" qələbə ilə başladı - YENİLƏNİB ÇSKA-nın baş məşqçisi: “Revanş oyununa çox ümidliyik” “Liverpul”da yeni müqavilə - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью