Amsterdamda israilli futbol azarkeşləri hücuma məruz qalıb

08.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amsterdamda yerli "Ayaks" və Təl-Əvivin "Makkabi" klubları arasında keçirilən futbol matçından sonra ən azı on israilli azarkeş hücuma məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.

“Ynet” portalı bildirir ki, hücum edənlərin bəziləri Fələstin bayraqlarını daşıyıb və şüarlar səsləndiriblər. Məlumata görə, təxminən 30 nəfər saxlanılıb.

İsrailin Baş naziri Benyamin Netanyahu israillilərin təxliyəsi üçün Amsterdama iki təyyarə göndərib. O, Niderland hakimiyyətindən İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qiyamçılara qarşı qətiyyətli tədbirlər görülməsini tələb edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью