Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

25.09.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Amsterdamın (Niderland) şimalında ictimai iaşə obyektinin terrasında baş verən atışma nəticəsində bir nəfər ölüb.

Moderator.az "NU.nl" portalına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Portalın məlumatına görə, atəş obyektin müştərilərlə dolu olduğu vaxt açılıb.

Polis əməkdaşları şübhəli şəxsi saxlayıblar. Onun kimliyi və cinayətin motivləri hələlik açıqlanmır.

Niderlandın Cəzaların İcrası Xidməti həlak olan şəxsin Zaanstad həbsxana kompleksinin əməkdaşı olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью