Amsterdamda kafedə atışma olub, ölən var

25.09.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Amsterdamın şimalında kafenin terras hissəsində baş verən atışma nəticəsində bir nəfər ölüb.

Bu barədə "NU.nl" portalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə barədə polisə yerli vaxtla saat 15:05 radələrində məlumat daxil olub. Hadisə yerində olan jurnalistlərin sözlərinə görə, atəş açılan zaman kafenin terrası ziyarətçilərlə dolu olub.

Polis şübhəli şəxsi saxlayıb. Onun kimliyi və cinayətin motivləri hələlik açıqlanmayıb. Niderlandın cəzaların icrası xidməti ölən şəxsin Zaandam həbsxana kompleksinin əməkdaşı olduğunu bildirib.

Şahidlərin sözlərinə görə, şübhəli hadisədən sonra silahı suya atıb. Polis bu məlumatı hələlik təsdiqləməyib. Hadisə yerində istintaq tədbirləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью