Amsterdamda Kiyevə silah verilməsinə qarşı nümayiş keçirilib

30.03.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amsterdamda etiraz aksiyası keçirilib və iştirakçılar Qərbin Kiyevə silah tədarükünün əleyhinə, eləcə də Ukraynada sülhün bərqərar olmasının tərəfdarı olduqlarını bildiriblər.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Hollandiya paytaxtının mərkəzindəki Dam meydanında keçirilən nümayişdə onlarla insan iştirak edib.

Onlar Ukraynanın silahlanmasına son qoymağa, münaqişənin sülh yolu ilə həllinə yardım etməyə və Rusiya ilə NATO arasında birbaşa toqquşmanın qarşısını almağa çağırıblar. Nümayişçilər özləri ilə sülh rəmzi olan mavi və ağ rəngli plakatlar və bayraqlar gətirdilər.

Aksiyada iştirak edən jurnalist və politoloq Ab Gitelink Rusiya - ABŞ hakimiyyəti arasında başlayan dialoqa görə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinə nikbin olduğunu bildirib.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью