Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amsterdamın mərkəzindəki Dam meydanında sülhə dəstək və Kiyevə silah verilməsinə qarşı nümayiş keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbir başlamazdan əvvəl məşhur holland tarixçiləri və publisistləri toplaşanların qarşısında çıxış ediblər.
Aksiya iştirakçıları ənənəyə uyğun olaraq mitinq keçirərək sülhü simvolizə edən ağ və mavi bayraqlarla Niderlandın paytaxtının küçələrində gəziblər. Nümayişdən əvvəl çıxış edən ekspertlər çıxışlarını əsasən Ukrayna münaqişəsi və NATO-nun bu münaqişədəki roluna həsr ediblər.