Amur vilayətində Tu 95 hərbi təyyarəsi qəzaya uğrayıb

29.09.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskva, 29 sentyabr, AZƏRTAC

Rusiyanın Amur vilayətində Tu-95 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın altı üzvü həlak olub, bir nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, təyyarə təlim-məşq uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə sursatsız uçuş həyata keçirib və yaşayış olmayan əraziyə düşüb.

Təyyarənin göyərtəsində ümumilikdə yeddi ekipaj üzvü olub.

Hadisənin səbəblərini və şəraitini müəyyənləşdirmək üçün Rusiyanın Aerokosmik Qüvvələrinin komissiyası qəza yerinə göndərilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью