Amurda içərisində 43 nəfər olan təyyarə itib

24.07.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Rusiyanın Amur vilayətində An-24 sərnişin təyyarəsi ilə rabitə kəsilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb..

“‘Angara’ aviaşirkətinə məxsus An-24 təyyarəsi Tındı şəhərinin hava limanından bir neçə kilometr aralıda yerləşən nəzarət məntəqəsində rabitəyə çıxmayıb.

Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin olub.

Onlardan 5-i uşaq, 6 nəfəri isə ekipaj üzvü olub.

Təyyarə marşrut üzrə Xabarovsk – Blagoveşensk – Tında xətti üzrə hərəkət edirmiş.

Qeyd olunub ki, Amur vilayətində itən An-24 sərnişin təyyarəsi havada heç bir problem siqnalı verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью