Ana 3 aylıq qızını binadan atdı

26.12.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Türkiyədə ana 3 aylıq övladını binadan atıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Diyarbəkir rayonunun Kayapınar qəsəbəsində qeydə alınıb.

Psixoloji problemləri olan Nurhəyat E. qayınatasının evinə qonaq gedib. O, naməlum səbəbdən 3 aylıq qızını 4-cü mərtəbədəki evin eyvanından atıb. Nəticədə körpə hadisə yerində ölüb.

Cinayətkar ana isə polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью