Ana 3 övladının biləklərini kəsdi, 2 si öldü

10.02.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ankaranın Keçiören rayonunda ana iki uşağını öldürüb, birini isə ağır yaralayıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, rayonun Ayvalı məhəlləsində yaşayan Serpil adlı qadın əsəb sarsıntısı keçirib və həmin an evdə olan 12, 10 və 7 yaşlı övladlarının biləklərini kəsib.

Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb edilib.

10 və 7 yaşlarında olan iki uşağın hadisə yerində həyatını itirdiyi məlum olub. 12 yaşlı uşaq isə ağır yaralı halda xəstəxanaya çatdırılıb.

Ana polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью