Ana 7 yaşlı övladı üçün kömək istəyir...

08.10.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Quba rayon sakini, 7 yaşlı Orucov Nihat Kənan oğlu autizm xəstəsidir. Nihatın anası Samirə Orucova bildirir ki, övladının müalicəsi üçün maddi imkanları çox məhduddur.
Yeniavaz.com
xəbər verir ki, o, 7 yaşlı övladını özünün tək böyütdüyünü bildirir:
“Nihat doğulduqdan sonra ilk vaxtlar uşaqda qeyri-adilik hiss etmirdik. Düşünürdük ki, o da gec dil açan, gec danışan uşaqlar kimidir. Amma getdikcə davranışlarında qəribəliklər üzə çıxdı. Uşaqda nitq pozuntusu, qorxu, bəzən hədsiz aktivlik, bəzən də qavrama çətinliyi olduğu göründü. Həkimə apardım. Müayinələr zamanı məlum oldu ki, övladım autizm xəstəsidir. Həm də bu xəstəliyin ağır növü olan Kanner autizmi”.
S.Orucova bildirib ki, tənha anadır, işləyir, amma aldığı əməkhaqqı ilə övladlarının maddi ehtiyaclarını qarşılaya bilmir. Bir tərəfdən də Nihatın müalicə xərcləri vəziyyəti daha da ağırlaşdırır:
“Oğlum əziyyət çəkir, uzunmüddətli müalicə almalıdır, bir kurs müalicə isə 300 manatdır. Nihat yaşıdlarından geri qalır, heç nəyə reaksiya vermir. Mənim kiçik əməkhaqqımla uşağın müalicəsini davamlı təmin etmək mümkün deyil. Ona görə də xalqımıza, mərhəmətli insanlara üz tutub kömək istəyirəm. Kimin imkanı nəyə çatır, kömək etsin”.
ABB: 4127 2222 4771 4587
Əlaqə: 070-525-62-03
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью