Ana azyaşlı oğlunu dənizə atdı

11.02.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin İzmir şəhərində 30 yaşlı qadın azyaşlı oğlunu dənizə atıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə şahidləri cəld reaksiya verərək uşağı dənizdən çıxararaq həkimlərə təhvil veriblər. Həkimlər uşağı ağır vəziyyətdə xəstəxanaya çatdırıblar.

Qadın hadisə yerində saxlanılıb. İlkin məlumatlara görə, onun psixi pozğunluğu var.

O, hazırda həbsdədir, lazımi prosedurlardan sonra işi məhkəməyə göndəriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью