Ana Brnabiç Serbiyanın müvəqqəti prezidenti oldu

28.09.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aleksandr Vuçiç Serbiya Prezidenti vəzifəsini Milli Assambleyanın (birpalatalı parlament) sədri Ana Brnabiçə təhvil verib.

Bakıvaxtı.az Serbiyanın "Kurir" qəzetinə istinadən xəbər verir ki, səlahiyyətlərin təhvil verilməsi bu gün Serbiya Prezident Administrasiyasında baş tutub. 

Brnabiç bildirib ki, növbəti prezident seçilənə qədər bu vəzifəni tutmaq onun üçün böyük şərəfdir.

Serbiya Konstitusiyasına görə, prezident seçkiləri əvvəlki dövlət başçısının istefasından sonra 60 gün ərzində keçirilməlidir. Vuçiç 2017-ci ildən bəri dövlət başçısı vəzifəsində çalışır.

Prezident vəzifəsindən istefa verən Vuçiç hakim Serbiya Tərəqqipərvər Partiyasının siyahısına başçılıq edəcək və baş nazirliyə namizəd olacaq.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью