Ana “CANLI”da, bala çılpaq... | Icma.az
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Hə, sizə nədən söhbət açım, “Canlı”dan.
Axı indi dəbdədir, Tiktokda canlı açmaq. Elə bu günlər həmin “Canlı”lardan birinin-başıbağlı bir qadının təsadüfən qonağı oldum.
Qonağı oldum deyəndə ki, dedim görüm bu qadın camaata hansı bacarıqlarından söhbət açır.
Gördüm yox, o, heç nə öyrətmir, elə hey danışır, qadınlarla söhbətləşir.
Qadına Bakıdan, Bərdədən, nə bilim ta haralardan salamlar yağdırırlar.
Biri yazır ki, məni tanıyırsan, Aytənin qızıyam, qadın da cavabında deyir ki, mən bir Aytən tanıyıram, ağbaş Aytən, onun qızısan?
O biri tərəfdə də cavab verirlər ki, hə. Vəssalam, illərin həsrətliləri başlayır hal-əhvala...
Bir xeyli vaxtdan sonra “Canlı” sahibi başıbağlı qadın deyir ki, durum gətirim bir az paltar ütüləyim.
Tam oxu
Xəbəri oxu