Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bəzən bir xalqın keçdiyi minilliklərə nəzər salmaq üçün qalın tarix kitablarını vərəqləməyə ehtiyac qalmır. Onun dili, yazdığı əlifba çox mətləblərə işıq salır. Çünki xalqın tarixi, düşüncə tərzi, ədəbi irsi və mənəvi dəyərləri, ilk növbədə, onun dilində yaşayır, əlifbasında qorunur. Əsrlər dəyişir, ictimai-siyasi quruluşlar yenilənir, nəsillər bir-birini əvəz edir, amma xalqı öz kökünə bağlayan ən möhkəm bağ ana dilidir. Məhz bu baxımdan ana dilinə münasibət milli şüurun, dövlətçilik düşüncəsinin və mədəni özünüdərkin göstəricisidir.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təqdim etdiyimiz səhifədə söz ana dilimizin dünənini yaşadan, bugününü dəyərləndirən və sabahını düşünən elm adamlarınındır. Onların baxışlarında dil yalnız elmi araşdırma obyekti deyil, xalqın mənəvi varlığını yaşadan dəyər kimi təqdim olunur.
XQ