Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq. Tehran hökuməti Azərbaycanla normal münasibətlər qurmalı, insanlara öz dillərində təhsil alm
Təbrizdən eşitmək çox xoşdur” paylaşımına qərəzli münasibət bildirib.
Behbud Kaboli Azərbaycanın ərazi bütövlüyünə dil uzatmaqdan da çəkinməyib: “Cənab səfir, özünüzə saxta mədəniyyət düzəltməyin.
Şimali Azərbaycan böyük İranın geniş ərazisinin bir hissəsi olub və olacaq. Bu musiqi də Təbrizdən səslənən əsl İran musiqisidir.
Əgər ruslar Şimali Azərbaycanı ayırmasaydılar, indi siz İran vətəndaşı idiniz.
Əlbəttə, gələcəkdə İran vətəndaşı olacaqsınız”.Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, son günlər sosial şəbəkələrdə Güney azərbaycanlı şagirdlərin Ana dili günü ilə bağlı səsləndirdikləri musiqi İran rəsmiləri ilə yanaşı, bir sıra din və mədəniyyət xadimlərinin də qəzəbinə gəlib.
Ekspert vurğulayıb ki, İranın irtica rejimi və ona xidmət edənlər bilirlər ki, İranda 40 milyondan artıq Azərbaycan türkü yaşayır: "İran Konstitusiyasında təsbit olunub ki, hər bir xalq öz ana dilində təhsil ala bilər.
Ancaq bu hüquq yeganə olaraq Azərbaycan türklərinə şamil olunmur. Azərbaycan türklərinə öz ana dillərində tədrisə imkan vermirlər.