Ana dörd uşağı ilə birlikdə yanaraq öldü

17.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Novosibirsk vilayətində baş verən yanğın nəticəsində beş nəfər ölüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə Kupinski rayonunun Novoselye kəndində çoxuşaqlı ailənin yaşadığı fərdi evdə baş verib.

Yanan evdən ata, 12 və 14 yaşlı uşaqları çıxa biliblər:

“Evdə bir ana və dörd uşaq qalıb. Təəssüf ki, onların hamısı ölüb”, - deyə mətbuat xidmətindən bildirilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью