Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır. Bu barədə blokun mətbuat xidməti məlumat yayıb.
"Hazırda polis və Antikorrupsiya Komitəsinin əməkdaşları Gümrüdə "Ana Ermənistan" blokunun ofisində axtarış apararaq işimizə mane olurlar", - məlumatda bildirilib.
Bundan başqa, blokun təşkilati məsələlərlə məşğul olan təmsilçilərindən biri Ara Voskanyanın evində də axtarışlar aparılıb.
Blok bu axtarışları hakimiyyətin şəhərin Ağsaqqallar Şurasına seçkilərdə iştirak edən müxalif qüvvəyə qarşı hücumu kimi qiymətləndirib.
"Sputnik Armeniya"nın yaydığı məlumata görə, axtarışlar rüşvət işi çərçivəsində aparılır.
Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qarşıdan gələn seçkilərlə bağlı bir neçə seçki məsələləri üzrə rüşvət faktı üzrə işin icraata başlanıldığını bildirmişdi.
Bununla bağlı söhbətin audio yazısı yayılıb. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.