Ana Hayastan partiyası: Bu xartiya ölkənin “ukraynalaşdırılmasıdır, ölümcül qərardır | Icm…
Adelet.az saytına istinadən Icma.az xəbər verir. Yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentində ABŞ və Ermənistan arasında strateji t
ABŞ və Ermənistan münasibətlərini başqa səviyyəyə qaldırdı.
İmzalanma mərasimi zamanı dövlət Entoni Blinken jurnalistlərə açıqlamasında bildirdi ki, bu, Birləşmiş Ştatlar və Ermənistan arasında münasibətlərdə mühüm mərhələdir: Biz iqtisadi, təhlükəsizlik və müdafiə, demokratiya, inklüzivlik və şəxsiyyətlərarası münasibətlər sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq komissiyası yaradırıq".Ermənistan XİN rəhbəri Ararat Mirzoyan isə vurğulayıb ki, Bu gün imzaladığımız Ermənistan-ABŞ strateji tərəfdaşlıq xartiyası möhkəm çərçivə yaradır və əməkdaşlığımıza daha böyük ambisiyalar qoyur.Erməni nazir dövlət katibi Blinkenə və onun komandasına Ermənistan-Amerika münasibətlərinin səviyyəsinin yüksəldilməsinə töhfə verən səylərə və rateji tərəfdaşlıq sənədində irəli sürülən iddialı məqsədlərə görə minnətdarlığını bildirib .ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyasının ən mühüm nüansı odur ki, ABŞ Ermənistanın təhlükəsizliyinin artırılmasını təmin edəcək.
Yəni ABŞ Ermənistana göndərəcəyi gömrük və sərhəd mühafizəsi xüsusən Azərbaycanla sərhəddə yerləşdiriləcəyi dəqiqdir.
Artıq Azərbaycana qarşı ABŞ ordusunun döyüşəcəyini düşünərək bundan ruhlanan iranşünas Vardan Oskanyan öz sosial şəbəkə hesabında paylaşım da edib.
O paylaşımında bildirir ki, Ermənistanın suveren ərazisinin işğal olunmuş hissəsində(Qarabağ nəzərdə tutulur- red-Ə.R) Azərbaycanın mövcudluğu hələ də ağrılı şəkildə davam edir: Onları oradan qovmaq məsuliyyəti və şərəfi bizim olmalıdır, ABŞ Kanzas Qvardiyası, İHPK bölmələri, Rusiya ordusunun çeçen bölmələri və ya Texas kovboyları deyil".Əslində ermənilər ABŞ Dövlət Departamentində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanı birmənalı qarşılamayıblar“Ana Ermənistan” partiyası Ermənistan Respublikasının hakimiyyət orqanları tərəfindən ölkəmizin xarici siyasətinin “ukraynalaşdırılmasını” pisləyir.1.
Nikol Paşinyanın Ermənistan xarici siyasətində kəskin dəyişiklik etməsi ölkəmizin varlığına təhlükədir.
Erməni xalqı indi ontoloji problemlə üz-üzədir.İctimai və parlament müzakirələri olmadan ölümcül qərarların qəbul edilməsi qınaq doğurur.2.Ermənistan hökumətinin Aİ-yə qoşulma prosesinə başlamaq qərarı, eləcə də ABŞ-la strateji tərəfdaşlıq xartiyasının imzalanması ölkəmizi Qərb-Rusiya, Qərb-İran münaqişəsi səhnəsinə çevirib, bizi geosiyasi proseslərə cəlb edir ,bu müttəfiqlərimizlə münasibətləri təhdid edir və bundan sonrakı bütün faciəli nəticələrə gətirib çıxaracaq.
Tam oxu
Xəbəri oxu